TENDER

Daxili Qoşunların Baş İdarəsi tender elan edir
29 İYUN
84

Daxili Qoşunların Baş İdarəsi tender elan edir

2016-06-29 11:51:00
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2016-cı il üçün dərman preparatlarının və tibbi ləvazimatların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Tender 1 lot üzrə keçirilir.

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində dərman preparatları və tibbi ləvazimatların keyfiyyəti nəzərə alınmaqla ən aşağı qiymətə və əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifinə üstünlük veriləcəkdir.

 Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları dərman preparatları və tibbi ləvazimatların satınalınması üzrə peşəkarlığa, lazımi texniki və maliyyə imkanlarına malik olmalı, məhkəməyə cəlb olunmamalı, əvvəllər yerinə yetirdiyi müqavilələrə görə onlara qarşı irad tutulmamalı, cərimə tətbiq olunmamalıdır.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını 20 iyul 2016-cı ilədək Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər:

İştirak  haqqı: 150 manatdır.

B1. Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ 41 NABZ 01360100000000003944

SWİFT BİK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

H/h:  AZ 44 CTRE 00000000000002458570

VÖEN: 1500426471

D3. Büdcə təsnifatının kodu 142340

D4. Büdcə səviyyəsinin kodu 7.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank  təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- dərman preparatlarının və tibbi ləvazimatların uyğunluq sertifikatlarını (notariusdan təsdiq edilmiş surəti);

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).

Tender iştirakçılarından tələb olunan sənədlər 25 iyul 2016-cı il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 1 avqust  2016-cı il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin beşinci mərtəbəsində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri qəbul olunmayacaqdır.

Tender zərflərinin açılışı proseduru 2 avqust 2016-cı il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4 nömrəli ünvanda) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:

Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4.

Telefon: 569-95-10.

Əlaqələndirici: E.Əliyev.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272