TENDER

“Elektron lisenziya” portalı yaradılır - TENDER ELANI
20 İYUN
144

“Elektron lisenziya” portalı yaradılır - TENDER ELANI

2016-06-20 12:48:00

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - “Elektron lisenziya” portalının yaradılması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi(Əlaqələndirici şəxs :Musayev Azad, telefon :4938867 (2282)) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 1000 manat 

Hesab: AZ82CTRE00000000000002098501
VÖEN 1700012751
Bank: Dövlət Xəzinadarlıq Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: maliyyə durumu qənaətbaxş olmalı (son ildə azı 2.0 mln manat dövriyyə); qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, təklifin tətbigi üçün qısa müddət,analoji layihələr üzrə təcrübə (ən azı 2 il), o cümlədən digər dövlət qurumlarda tətbiqi, texniki imkanlar, kadr potensialı 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-07-19 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-07-28 17:00qədər İqtisadiyyat Nazirliyi, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 40, Hökumət Evi ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-07-29 12:00 tarixində İqtisadiyyat Nazirliyi, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 40, Hökumət Evi ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274