Tender 1 lot üzrə keçirilir.
Lot-1.Fərdi mühafizə vasitələrinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.
-aşağı qiymət, yüksək keyfiyyət,müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender içtirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 300 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Moskva prospekti, 67 nömrəli ünvandan (əlaqələndirici şəxs -
Nurşən Alıyev, tel: 430 0132) ala bilərlər.
Təşkilat: “Azərsu” ASC
VÖEN: 9900001751
Bank: “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı
Kod: 200112
VÖEN: 9900003611
Müxbir hesab: AZ 37 NABZ 013500000000001944
S.W. İ. F. T. BİK: AİİBAZ2X
H/h : AZ65AİİB33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar “Azərsu” ASC-yə 12 iyul 2016-cı il saat 18.00 -dan gec olmamaq şərti ilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqında müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- iddiaçı haqqında məlumat;
İddiaçı haqqında məlumat aşağıdakıları nəzərdə tutur:
- iddiaçının tam adı, onun hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının müqaviləni yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.
İddiaçı yazılı şəkildə imzalanmış və möhürlənmiş tender təklifini (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır) 20 iyul 2016-cı il saat 18.00 -dan gec olmamaq şərti ilə təqdim etməlidir. Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri baxılmadan geri qaytarılacaqdır.
İddiaçı tender təklifi dəyərinin 5 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır) (köçürmə və ya bank zəmanəti şəklində) təqdim etməlidir.
Təklif zərfləri “Azərsu” ASC-nin, Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanda yerləşən binasında 21 iyul 2016-cı il saat 15.00-da açılacaqdır.
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Tender komissiyası