TENDER

Bakı Biznes Tədris Mərkəzi müsabiqə elan edir
02 İYUN
99

Bakı Biznes Tədris Mərkəzi müsabiqə elan edir

2016-06-02 11:10:00
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində təşkil edilən biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədilə MÜSABİQƏ ELAN EDİR:

Biznes inkubatorun təşkil edilməsinin başlıca məqsədi Aran iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir.

Biznes inkubatorun fəaliyyətinin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə, habelə kiçik sahibkarlıq subyektlərinə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahənin ayrılması və onlara aşağıdakı xidmətlərin göstərilməsinin təşkilini təmin etməkdir:

· Biznes inkubator iştirakçılarının sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə sistemli və davamlı maarifləndirmə tədbirlərinin keçirilməsi;

· təsis sənədlərinin hazırlanmasında və sahibkarlıq subyekti kimi qeydiyyatda kömək göstərilməsi;

· investisiya layihələrinin, biznes planların hazırlanmasında metodiki köməyin göstərilməsi;

· vergi, mühasibat uçotu, hüquqi yardım, sahibkarlığın inkişafı və s. sahələr üzrə sistemli, davamlı konsaltinq və informasiya xidmətlərinin göstərilməsi;

· marketinq fəaliyyətinin, həmçinin sərgilərin təşkili və keçirilməsində metodiki köməyin göstərilməsi;

· investorların axtarılmasında və potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulmasında kömək göstərilməsi;

· inzibati və hüquqi məsələlərin həllində kömək  göstərilməsi;

· informasiya resurslarına çıxışın təmin edilməsi;

· elektron xidmətlərin tətbiqi barədə məlumatlandırma, istifadə imkanlarının yaradılması və s.

Müsabiqənin təşkilinin məqsədi namizədlər arasında biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir.

Müsabiqə, sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcəkdir.

Müsabiqədə Aran iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri komissiyaya təqdim etməlidir:

· müsabiqədə iştirak etmək haqqında ərizə;

· şəxsiyyəti təsdiq edən sənədin surəti;

· müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin surəti;

· əmək kitabçasının surəti (mövcud olduğu halda);

· fərdi sahibkar və ya hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyata alınmasına dair şəhadətnamənin surəti (mövcud olduğu halda);

· biznes plan və ya biznes ideyanın təsviri.

Sənədlər müsabiqə haqqında rəsmi elan dərc edildiyi gündən 1 ay müddətində qəbul olunur.

Sənədlər aşağıdakı ünvanda qəbul ediləcəkdir: Yevlax şəhəri, Bakı prospekti, 5, 2-ci mərtəbə. Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyi.

Sənəd qəbulu üzrə məsul şəxs Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyinin rəhbəri Rəşad Abbasovdur. Tel: (02233) 7-82-85, (055) 713-10-61,  e-mail: reshad.abbasov@bbtc.gov.az

Daha ətraflı məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar: Bakı, A.M.Şərifzadə küçəsi, 172,  5-ci mərtəbə, otaq 402, Bakı Biznes Tədris Mərkəzinin regionlarla iş və əlaqələndirmə şöbəsi. Tel: (012) 430-93-22, 430-36-86 (131), e-mail: info@bbtc.gov.az

web: www.bbtc.gov.az

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Bakı Biznes Tədris Mərkəzi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274