TENDER

Qax İcra Hakimiyyəti tender elan edir
31 MAY
79

Qax İcra Hakimiyyəti tender elan edir

2016-05-31 11:13:00
Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2016-cı ildə şəhərin küçə, prospekt və parklarında görüləcək abadlıq işlərinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR:

Tender  1 lot üzrə keçirilir.

Tenderdə iştirak haqqı 150  manatdır.

Tender iştirakçılarına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa" müvafiq olaraq öz tender təkliflərini möhürlənmiş və imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etmək təklif olunur.

Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Təkliflərin qiymətləndirilməsi aşağıda qeyd olunan meyarlara əsaslanacaqdır:

- aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərin görülməsində təcrübə və maliyyə vəziyyəti.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax şəhəri, Azərbaycan prospekti, 26 nömrəli  ünvandan ala bilərlər (əlaqələndiriçi şəxs- Qurbanlı Musa Məmməd oğlu, telefon 024-25-5-24-70).

Təşkilat: Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Qax YXO

Hesab: AZ 20 AİİB 32051019447100201171

VOEN:4300088051

Bank: “Kapital Bank” ASC-nin Qax filialı

Kod: 200714

VÖEN: 9900003611

Müxbir hesab: AZ 37 NABZ 01350100000000001944

SWİFT BİK AİİBZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin məbləğinin 1%-i həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank aryışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatı.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olumalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla)  11 iyul 2016-cı il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 18 iyul   2016-cı il saat 18.00-dək Qax şəhəri, Azərbaycan prospekti, 26 nömrəli  ünvanda yerləşən Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim etməlidirlər.

Göstərilən  vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif  zərfləri 19 iyul 2016-cı il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271