TENDER

Dövlət Dəniz Administrasiyası tender elan edir
23 MAY
115

Dövlət Dəniz Administrasiyası tender elan edir

2016-05-23 11:54:00
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi AÇIQ TENDER ELAN EDİR:

Tender 1 lot üzrə keçirilir:

Lot -1. Uzaq Məsafədən Tanınma və İzləmə Sistemi üçün SATBİLL  Avtomatlaşdırılmış hesabatlar sistemi proqram təminatının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 250 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Nərimanov rayonu,Yusif Vəzir Çəmənzəminli küçəsi, 1996-cı məhəllə, “AFEN PLAZA”-  dan, əlaqələndirici şəxs : Abbasov Əmrah İmran oğlundan, telefon nömrəsi (012)-564-34-60. ala bilərlər.

Hesab: AZ 33 İBAZ 38060019445719805206

VÖEN: 1701638971

Bank kodu: 805540

Bank: ABB Nərimanov filialı

VÖEN: 9900001881

M/H:AZ 03 NABZ 01350100000000002944 

S.W.İ.F.T:  İBAZAZ 2X 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-  digər sənədlər.

 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 iyun  2016-cı il saat 10.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 7 iyul 2016-cı il saat 10.00-a qədər Nərimanov rayonu,Yusif Vəzir Çəmənzəminli küçəsi, 1996-cı məhəllə, “AFEN PLAZA” - ya təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 8 iyul 2016-cı il saat 16.00 -da Nərimanov rayonu,Yusif Vəzir Çəmənzəminli küçəsi, 1996-cı məhəllə, “AFEN PLAZA” - da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272