TENDER

Dövlət Yol Polisi tender elan edir
18 MAY
107

Dövlət Yol Polisi tender elan edir

2016-05-18 16:15:00

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıq tender elan edir: 

Tender 2 lot üzrə keçirilir::

lot 1 - Nəqliyyat vasitələrinə dair sürücülük vəsiqələrinin,dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnamələrinin verilməsi və dəyişdirilməsi üzrə fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları sistemi üçün avadanlıqların satın alınması
lot 2 - Nəqliyyat vasitələrinə dair sürücülük vəsiqələrinin,dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnamələrinin verilməsi və dəyişdirilməsi üzrə fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları sistemi avadanlıqlarına göstərilən texniki qulluq,təmir və servis xidmətlərinin satln alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri,Xırdalan-Binəqədi şossesi,4. Baş Dövlət Yol Polisi İdarəsi.(Əlaqələndirici şəxs :Əhmədov Samir, telefon :+99412 5908151) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 120 manat 
lot 2 - 120 manat 

Hesab: AZ45CTRE00000000000002078506
VÖEN 9900063851
Bank: Dövlət Xəzinədarlıq Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: İddiaçının anoloji işlərdə təcrübəsi,potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat. 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-06-22 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-07-04 17:00qədər Bakı şəhəri,Xırdalan-Binəqədi şossesi,4. Baş Dövlət Yol Polisi İdarəsi. ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-07-05 15:00 tarixində Bakı şəhəri,Xırdalan-Binəqədi şossesi,4. Baş Dövlət Yol Polisi İdarəsi. ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272