TƏHSİL

1359 abituriyent boş qalan plan yerlərinə qəbul olunub - STATİSTİK RƏQƏMLƏR
21 AVQUST
153

1359 abituriyent boş qalan plan yerlərinə qəbul olunub - STATİSTİK RƏQƏMLƏR

2019-08-21 11:15:00

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 16515 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə  1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 10001 nəfər qəbul olub.

Dövlət İmtahan Mərkəzindən Fins.az-a verilən məlumata görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 96.33% dolub. Qəbul aparılan 55 kollecdən 34 kollecdə plan yerləri 100% dolub. Cəmi 381 yer (3.67%) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:

 
   Qəbul 
 planı
                              Qəbul olunub  Qəbulolma faizi 

 Vakant   yerlərin 
 sayı (faizi)
 Azərbaycan   bölməsi  Rus 
 bölməsi    
 Bölmələr   üzrə cəmi    
 Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar     9530 8972 452 9424 98.89 106 (1.11)
 Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar 852 566 11 577 67.72 275 (32.28)
 Cəmi 10382 9538 463 10001 96.33 381 (3.67)

Avqustun 21-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında (hər iki jurnal elektron versiyada, pdf şəklində) dərc olunacaqdır.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 23-dən sentyabrın 2-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə avqustun 23-dən 29‑dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 30 avqust - 4 sentyabr tarixlərində aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır