TƏHSİL

Bu fənlərin biliciləri sınanır-MİQ həyəcanı davam edir
22 İYUL
201

Bu fənlərin biliciləri sınanır-MİQ həyəcanı davam edir

2019-07-22 12:59:00

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin növbəti test mərhələsi keçiriləcək.

Fins.az xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin növbəti günündə riyaziyyat,texnologiya, kimya müəllimi olmaq istəyənlər imtahan verəcək.

Qeyd edək ki, iyulun 8-dən etibarən,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Məlumata əsasən, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.

Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır