TƏHSİL

Abituriyentləri çaşdıran məsələ - Bütün qruplar üzrə minimal müsabiqə şərtləri
03 APREL
168

Abituriyentləri çaşdıran məsələ - Bütün qruplar üzrə minimal müsabiqə şərtləri

2019-04-03 11:20:00

2019-cu ildə keçiriləcək qəbul imtahanlarında ixtisas blokları üzrə minimal keçid balları Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunsa da, bəzi məqamlar abituriyentlər arasında çaşqınlıq yaradıb.

Fins.az xəbər verir ki, imtahanın I mərhələdəsində (buraxılış imtahanı və ya buraxılış imtahanı formatında əlavə imtahan) toplanılan baldan asılı olmayaraq bütün abituriyentlər I-IV ixtisas qrupları üzrə imtahanda iştirak edə bilərlər.

Yəni, birinci mərhələdə (buraxılış imtahanı və ya buraxılış imtahanı formatında əlavə imtahan) toplanılan baldan asılı olmayaraq bütün abituriyentlər ixtisas blokları üzrə imtahanda iştirak edə bilər.

Minimal keçid balı anlayışı isə abituriyentin ixtisas seçiminə buraxılmasını təmin edir. İmtahanın hər iki mərhələsində iştirak edib, keçid balını toplamayan abituriyent ixtisas seçiminə buraxılmır.

İxtisas qrupları üzrə minimal keçid ballarını bir daha təqdim edirik:

I ixtisas qrupu üzrə:

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

II ixtisas qrupu üzrə:

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

III ixtisas qrupu üzrə:

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

IV ixtisas qrupu üzrə:

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır”.

V ixtisas qrupu üzrə:

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Musiqi müəllimliyi, Rəqs müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Dizayn, Bədən tərbiyəsi və idman və Məşqçi (idman növü üzrə) ixtisasları üzrə I mərhələdə 60 bal tələb olunur. Qabiliyyət imtahanınından "məqbul"nəticə əldə edilməlidir.

V ixtisas qrupu üzrə Dekorativ sənət, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı,Aktyor sənəti, Rejissorluq, Operator sənəti,Rəngkarlıq, Qrafika, Heykəltəraşlıq və Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasları üzrə I mərhələdə minumum 60 bal tələb olunur. Qabiliyyət imtahanınından minumum "6" olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266