TƏHSİL

Peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi QADAĞAN EDİLDİ
14 MART
165

Peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi QADAĞAN EDİLDİ

2019-03-14 15:55:00

Avropada uşaqların peyvəndlənməsi ilə bağlı məsələ ciddi şəkildə gündəmə gəlib. Hətta İtaliyada peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib.

Fins.az-ın  məlumatına görə, bununla bağlı yeni qərar martın 12-i qüvvəyə minib.

Qeyd olunur ki, hər hansı bir uşağın valideyni onun peyvənd olunduğunu təsdiq edə bilməsə, 500 avro məbləğində cərimə olunacaq.

Bu arada Bolonya şəhərində 300-ə yaxın uşağın valideyni peyvənd olunma barədə sənəd təqdim edə bilmədiyi üçün uşaqlar bağçaya buraxılmayıb.

Bundan başqa, bir neçə nəfər peyvənd barədə saxta sənəd hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264