TƏHSİL

I siniflərə qəbulla bağlı ən çox verilən suallar – Liseylərə qəbul qaydaları
14 MART
149

I siniflərə qəbulla bağlı ən çox verilən suallar – Liseylərə qəbul qaydaları

2019-03-14 15:20:00

Bu gün saat 10-da məktəbəhazırlıq qruplarında təhsil almamış şagirdlərin I sinfə elektron qeydiyyatı başlanıb.

I sinfə qəbulla bağlı ən çox verilən suallar isə lisey və gimnaziyaları əhatə edir.

Fins.az liseylər bağlı bütün suallara ümumi aydınlıq gətirərək bildirir ki, valideyn elektron qeydiyyat zamanı yalnız 1 lisey seçə bilər. Lisey və gimnaziyalara qəbul oluna bilməyən şagirdlər isə yaşadıqları ərazi üzrə seçdikləri məktəbə qəbul olunacaqlar.

Övladının lisey və gimnaziyalarda təhsil almasını istəyən valideynlər sistemə sorğu yerləşdirmək üçün bir çox proseslərdən keçir. Sistem özü avtomatik olaraq izahlı şəkildə valideyni izləyir və heç bir çaşqınlıq üçün əsas qalmır. Valideyn tədris dili və bölməni, liseylər bölümünü seçdikdən sonra iki bölmə ilə qarşılaşır. Çünki liseylərə qəbul müsabiqə yolu ilə və ya ərazi üzrə üstünlüklərə görə aparılır.

Avropa liseyi, İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi, İ. Əfəndiyev adına Elitar Gimnaziya, “Ankara Məktəbi” məktəb-lisey, “Zəngi” liseyi, 132-134 nömrəli Təhsil Kompleksi, 160 nömrəli klassik gimnaziya, 23 nömrəli tam orta məktəb, BSU Məktəb Lisey Kompleksi, “Tərəqqi” liseyi, T. İsmayılov adına 6 nömrəli məktəbə qəbul müsabiqə yolu ilə aparılır.

Qeydiyyat ünvanı üzrə həmin lisey və gimnaziyaların müəyyən edilmiş ərazisində yaşamayan valideynlər uşaqlarının oraya qəbulu üçün “müsabiqə yolu ilə qəbul” düyməni seçib “irəli”düyməninisıxmalıdır. Açılan pəncərədə istədiyi lisey və gimnaziyanı seçib “müsabiqəyə yazıl” düyməsini sıxır.

Belə valideynlərə mayın 20-dən sonra müsabiqənin yeri və tarixi barədə bildiriş göndəriləcək.

Valideynlər qeydiyyat ünvanı üzrə lisey və gimnaziyanın müəyyən edilmiş ərazisində yaşadığı haldaisə övladları lisey və gimnaziyaarın təşkil etdiyi müsahibədə birbaşa iştirak etmək hüququ qazanır. Əks halda o, seçdiyi liseyin yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.

Qeyd edək ki, bu gün yalnız məktəbəhazırlıq qruplarında oxumamış şagirdlər üçün deyil, həmçinin məktəbəhazırlığı dövlət hesabına oxumayanlar üçün də elektron qeydiyyata start verilib.

© AzEdu.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264