TƏHSİL

Bu şəhərlərdə buraxılış imtahanı keçirilib
05 MART
286

Bu şəhərlərdə buraxılış imtahanı keçirilib

2019-03-05 14:33:00

Dövlət İmtahan Mərkəzi martın 3-də Bakı, Şirvan və Naxçıvanda 9-cu sinifdə təhsil alan 37.434 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. Sosial şəbəkələrdə yayılan məlumata görə, imtahanda texniki problem yaşanıb. Abituriyentlər “G” variantlı sual kitabçasında situasiya tipli tapşırığın şərtlərinin mövcud olmadığını və problemlə əlaqədar onlara əlavə vaxtın verilmədiyini iddia edirlər. Fins.az xəbər verir ki, mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, buraxılış imtahanında sual kitabçaları Azərbaycan və rus dillərində 8 variantda hazırlanır.  3 mart tarixində keçirilən buraxılış imtahanında Azərbaycan bölməsi üzrə “G” variantı bir sıra sual kitabçasında 43-45 saylı situasiya tipli tapşırıqların şərtində texniki problem - çap qüsuru olub. İmtahana gəlməyən şagirdlərin sual kitabçalarından istifadə olunmaqla məsələ yerində həll olunub və həmin şagirdlərə əlavə vaxt da verilib. DİM-dən verilən məlumata görə, bunun üçün narahatlıq və narazılığa heç bir əsas yoxdur. İmtahan nəticələri elan olunduqdan sonra hər kəs yazdığı cavab və qiymətləndirmə meyarları ilə də tanış ola biləcək.

Xatırladaq ki, 4 martdan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9005
  • ₽ RUB
    0.0263