TƏHSİL

AMEA müsabiqə elan etdi
12 FEVRAL
204

AMEA müsabiqə elan etdi

2019-02-12 10:58:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müvafiq sərəncamına əsasən, AMEA-nın gənc qadın alimləri üçün “Gənc qadınlar elmdə” müsabiqəsi elan olunur. Fins.az xəbər verir ki, AMEA-dan verilən məlumata görə, müsabiqə elmin aktual və müasir problemləri üzrə Azərbaycan üçün prioritet olan istiqamətlərdə elmi tədqiqatlar aparan gənc xanımların elmi fəaliyyətini stimullaşdırmaq və qadınların elmin inkişafında rolunu daha da artırmaq məqsədilə keçirilir. Akademiyanın həqiqi və müxbir üzvləri, habelə AMEA-nın elmi müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən, yaşı 35-dək olan qadın alimlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün AMEA-nın prezidentinin adına ərizə, namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda namizəd və onun elmi nailiyyətləri haqqında ətraflı məlumat), elmi əsərlərin təsdiq olunmuş formada siyahısı, elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surəti, şəxsi məlumatlar (forma əlavə olunur) martın 1-dək AMEA Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinə təqdim edilməlidir.

Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

I yer – 3000 manat;

II yer – 2000 manat;

III yer – 1500 manat.

Müsabiqənin nəticələri martın 27-də “Elm günü” ərəfəsində elan olunacaq.

Əlavə məlumat üçün elm və təhsil baş idarəsinə müraciət etmək olar.

Tel.: (+994 12) 492 59 45;

E-mail: [email protected]

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30 (502-ci otaq).

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262