TƏHSİL

Magistratura imtahanlarına sənəd qəbulu başa çatır - SON GÜN
11 FEVRAL
77

Magistratura imtahanlarına sənəd qəbulu başa çatır - SON GÜN

2019-02-11 10:12:00

Bu gün magistratura imtahanlarına onlayn sənəd qəbulu başa çatır. İmtahanda iştirak etmək üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 11.048  nəfər ərizəsini təsdiq edib. Fins.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər. Məlumatda qeyd olunur ki, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 10.033  nəfərdir. Bu say rus bölməsi üzrə 1.015 nəfər təşkil edir.

Qeyd edək ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr günün sonunadək elektron ərizəsini dolduraraq təsdiq edə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255