TƏHSİL

“SABAH III” Karyera Qış Məktəbi başlayır
08 FEVRAL
124

“SABAH III” Karyera Qış Məktəbi başlayır

2019-02-08 15:52:00

Fevralın 12-də Qubada “SABAH III” Karyera Qış Məktəbi öz işinə başlayacaq. Fins.az xəbər verir ki, Təhsil Nazirliyindən bildiriblər ki, “SABAH III” Karyera Qış Məktəbində 100-ə yaxın tələbə iştirak edəcək. Fevralın 14-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlər keçiriləcək. Təlimlər Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində təşkil olunacaq. Qış məktəbi IV kursda təhsil alan “SABAH” tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər qış məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər. Qış məktəbi ilə yanaşı, “SABAH” layihəsinin əməkdaşları üçün də “Ali təhsillin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzusunda xüsusi seminar təşkil ediləcək.

“SABAH” Karyera Akademiyası 2017-ci ildən “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Akademiyanın təlimləri peşəkar karyera, sahibkarlıq, elmi araşdırma istiqamətləri üzrə tələbələrin biliklərinin artırılmasına yönəlib. “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2 min 300-dən çox tələbəni əhatə edir.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259