TƏHSİL

Nazim Məcidova BDU-da vəzifə verildi
14 YANVAR
775

Nazim Məcidova BDU-da vəzifə verildi

2019-01-14 17:46:00

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib. Fins.az xəbər verir ki, universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib. Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb. O,  açıqlamasında xəbəri təsdiqləyib: “Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.

© Strateq.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266