TƏHSİL

Bu ölkədə mütləq oxumaq lazımdır!
10 YANVAR
187

Bu ölkədə mütləq oxumaq lazımdır!

2019-01-10 17:55:00

Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, gənclərin xaricdə təhsilə marağı daha da artıb. Fins.az xəbər verir ki, hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə insanlar bəzən, xaricdə təhsil almağa üz tutur. Azərbaycanda da  xarici ölkələrdə  təhsil almaq  və ya təhsilini davam etdirmək  istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi isə Asiya  ölkələrində təhsil  almağı hədəf seçib. Son  zamanlar  tələbələr   Estoniyada təhsil almağa daha çox üstünlük verir. Maraqlıdır, görəsən,  tələbələrin  Estoniyada ali təhsil alması Azərbaycan təhsilinə nə qazandırıb?

AzEdu.az bununla bağlı yazını təqdim edir:

“Gəncliyin Elmi-Mədəni  İnkişafı”  İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə  ekspert  Sərdar Yusifoğlunun sözlərinə görə, Estoniya təhsil sahəsində Avropada öz sözünü deyən ölkədir:

“Estoniyada  İnformasiya texnologiyaları sahəsi  daha çox inkişaf edib. Düşünürəm ki, maliyyə, bank sistemi ixtisasında təhsil almaq istəyən tələbələr üçün Estoniyada oxumaq faydalıdır. Gənclərin Estoniyada oxuması Azərbaycana genişmiqyaslı təhsilin və əmək bazarında rəqabətə dözümlü kadrların gəlməsinə səbəb olacaq”.

Xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev bildirib ki, Estoniyada tələbələr üçün yaşayış və təhsil  şərtləri  olduqca sərfəlidir:

“Estoniyanın  xüsusilə Tartu Universiteti  tələbələrin təhsil ala biləcəyi ən yaxşı ali məktəbdir.  Amma  ölkədə tibb təhsili üzrə qəbul şərtləri o qədər də asan deyil. Tələbələrin tibb  üzrə universitetə qəbul olması üçün   yüksək SAT nəticələri olmalıdır. Onu da qeyd edim ki, Estoniya universitetləri  yüksək imtahan nəticəsi tələb etdiyi kimi keyfiyyətli təhsil də verir”.  

Estoniyanın Tartu Universitetində təhsil alan Hökümə Məmmədzadənin sözlərinə görə, tələbələrin Estoniyada oxuması Azərbaycan  təhsilinə heç nə qazandırmır:

“Estoniyada təhsil almağın üstünlüyü müxtəlif ölkələrdən olan tələbə və müəllimlərin təşkil etdiyi mühitdə yaşamaqdır. Eyni zamanda  ölkədə dərs metodları da fərqlidir. Fikrimcə, dünyada tələbəyə heç nə qazandırmayan universitet yoxdur. Amma ali məktəblərdə təhsilin keyfiyyəti pis və ya yaxşı ola bilər. Onu da qeyd edim ki, tələbənin universitetdə nə qazanacağı onun özündən asılıdır. Estoniyada müəllimlər tələbələrin nazını çəkir, onlara nələrsə öyrətməyə çalışırlar. Burada müəllimlərin əksəriyyəti  tələbələrin sualını sualla cavablandırır.

Tələbələrin Estoniyada oxuması Azərbaycan  təhsilinə heç nə qazandırmır. Amma tələbələr özlərini inkişaf etdirib təhsildə olan yenilikləri Azərbaycanda olan karyeralarına tətbiq edə bilərlər”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257