TƏHSİL

Müəllimlik oxuyanların nəzərinə
26 DEKABR 2018
286

Müəllimlik oxuyanların nəzərinə

2018-12-26 16:19:00

“Azərbaycan məktəbi jurnalı” ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alanlarla bağlı müxtəlif araşdırmaların nəticələrini yayımlayıb. Fins.az xəbər verir ki, tədqiqat 2014-2015-ci illərdə aparılsa da, təhlillər göstərir ki, bu ixtisasda tədris olunan fənlərin 35%-i nəzəri, 13%-i metodik,  cəmi 3%-i isə praktik xarakter daşıyır. Hələ 2002-ci ildə Azərbaycanda çalışan beynəlxalq məsləhətçi Rob Mak Braydın qeydlərindən də belə qənaətə gəlmək olur ki, ölkəmizdə pedaqoji ixtisaslarda nəzəri biliklərə gərəyindən çox yer verilir. O, bu araşdırmanı dünya təcrübəsi ilə müqayisəli şəkildə aparıb. Hələ bir neçə il əvvəl pedaqoji təhsil alan tələbələrin tədrisin ilk ilindən etibarən məktəblə təmasının zəruri olduğunu vurğulayıb. Rob Mak Braydın sözlərinə görə, pedaqoji ixtisas üzrə təhsil alan tələbələr I kursda oxuyarkən vaxtlarının 10%-ni məktəbdə, 90%-ni universitetdə keçirməlidirlər. İkinci il bu nisbət 20-80 % təşkil edir. III və IV kurslardan etibarən tələbələr orta məktəblərdə daha çox vaxt keçirməlidirlər. Onlar III  kursda vaxtlarının 35%-ni məktəb, 65%-ni isə universitetə sərf etməlidirlər.

Onlar sonuncu tədris ilində vaxtlarının əsas hissəsini məktəblərdə keçirməli, yalnız zəruri hallarda universitetə baş çəkməlidir. Yəni, tələbə vaxtının 60%-ni məktəbdə şagirdlərlə ünsiyyət quraraq, 40%-ni isə universitetdə keçirməlidir.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262