TƏHSİL

Təhsil Nazirliyi deputatı haqlı saymadı
05 DEKABR
95

Təhsil Nazirliyi deputatı haqlı saymadı

2018-12-05 14:36:00

Təhsil Nazirliyindən deputatın fikirlərinə münasibət bildirilib.

Fins.az Oxu.Az-a istinadən məlumat verir ki, xəbərinə görə, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin son iclasında millət vəkili (keçmiş komitə sədri) Şəmsəddin Hacıyev şagirdlərin, o cümlədən, müəllimlərin dərs-tədris yükü məsələsinə toxunmuş və öz narazılığını bildirmişdi.

O, xüsusilə müəllimlərin dərs-tədris yükünün çoxluğunu qabartmış və bildirmişdi ki, bu yöndə addımların atılmasına, müzakirələrə təqdim olunmuş “Ümumi təhsil haqqında” yeni qanun layihəsində bu məsələyə aydınlıq gətirilməsinə, onun əksini tapmasına ehtiyac var.

Ancaq Təhsil Nazirliyi millət vəkilinin müəllimlərin dərs-tədris yükü ilə bağlı iradlarını və təklifini qəbul etmir.

Adıçəkilən nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, ümumiyyətlə, bu məsələ sözügedən qanunun predmeti ola bilməz.

“Bu məsələnin qanunla hansısa bağlılığı yoxdur və ola da bilməz. Eyni zamanda, müəllimlərin dərs-tədris yükü fərqlidir. Məsələn, bəzi məktəblərdə ədəbiyyat dərsi 200 saat ola bilər, bəzisində isə 60 saat. Yəni məktəblərdəki siniflərin və şagirdlərin sayına görə bu rəqəm dəyişir. Ona görə də bu məsələnin qanunla tənzimlənməsi mümkün deyil”, - deyə A.Əhmədov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256