TƏHSİL

Azərbaycanda 10 peşə təhsil mərkəzi yaradıldı - SİYAHI
30 NOYABR
79

Azərbaycanda 10 peşə təhsil mərkəzi yaradıldı - SİYAHI

2018-11-30 10:29:00

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Fins.az-ın xəbərinə görə, bununla bağlı müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Edilən dəyişikliyə əsasən, Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib.

1 nömrəli Sumqayıt Peşə Liseyi və 10 nömrəli Sumqayıt Peşə Liseyi birləşdirilib və onların bazasında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 

3 nömrəli Sumqayıt Peşə Liseyinin bazasında Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Xaçmaz Peşə Məktəbi və Xaçmaz Peşə Liseyi birləşdirilib. Onların bazasında Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilib və onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 

Cəlilabad Peşə Məktəbi və Cəlilabad Peşə Liseyi birləşdirilib və onların bazasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Ağstafa Peşə Məktəbi, Vüqar İdris oğlu Süleymanov adına Qazax Peşə Liseyi və Tovuz Peşə Liseyi birləşdirilib və onların bazasında Tovuz Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 

1 nömrəli Şəki Peşə Məktəbi və 2 nömrəli Şəki Peşə Məktəbi birləşdirilib. Onların bazasında Şəki Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Balakən Peşə Məktəbi və 2 nömrəli Balakən Peşə Məktəbi birləşdirilib və onların bazasında Balakən Dövlət Peşə Təhsil Mərkəzi, 2 nömrəli Ağdam Peşə Məktəbi və 4 nömrəli Ağdam Peşə Məktəbi birləşdirilib və onların bazasında Ağdam Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

1 nömrəli Füzuli Peşə Məktəbi və 2 nömrəli Füzuli Peşə Məktəbi birləşdirilib ki, onların bazasında Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Bu qərarla yaradılan Dövlət Peşə Təhsil Mərkəzlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

 

Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256