TƏHSİL

Məktəb tavanı uçdu - Nazirlik məktəbə baxış keçirəcək
26 NOYABR
143

Məktəb tavanı uçdu - Nazirlik məktəbə baxış keçirəcək

2018-11-26 16:40:00

Təhsil Nazirliyi Kürdəmirdə məktəbin tavanın uçmasına münasibət bildirib. 

Fins.az xəbər verir ki, Nazirlikdən qeyd olunub ki, Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbin 2-ci tədris korpusu 1967-ci ildə 5 sinif otağı olmaqla tikilib. 

Məlumata görə, bünövrəsi və divarları pud daşından tikilən tədris korpusunun koridorunun tavanı ağac materialı olan diktlə üzlənib: "Damdan yağış sularının sızması nəticəsində həmin tavan üzlüyü aşınıb. Koridorda tavan üzlüyü uçan hissədə yerləşən bir sinif otağında tədris dayandırılıb. Məktəbin digər otaqlarına ziyan dəyməyib, məktəbdə tədris davam edir. Təhsil Nazirliyinin mütəxəssisləri məktəbin korpusuna baxış keçirəndən sonra verilən rəyə əsasən müvafiq tədbirlər görüləcək". 

Eləcə də bax: Direktor vəzifəsinə işə qəbul

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256