TƏHSİL

Stiven Hokinqin 10 məşhur kəlamı
15 NOYABR
123

Stiven Hokinqin 10 məşhur kəlamı

2018-11-15 11:06:00

76 yaşında vəfat edən məşhur fizik Stephen Hawking, elmi araşdırmaları ilə yanaşı məşhur ifadə və kəlamları ilə da yaddaşlarda qalacaq.

Danışmaq qabiliyyətindən məhrum olan alim sintezatordan istifadə edirdi.

CənabHawking-in yadda qalacaq ifadələri kainatın varlığı, kommersiya uğuru və məşhur olmağın çatışmazlıqları kimi mövzuları əhatə edir.

1.Qara dəlik haqqında

"Einstein, "Tanrı zər atmır" deyəndə səhvə yol verib. Qara dəliklərin varlığı göstərir ki, Tanrı nəinki zər atır, hətta onları hərdənbir görülməyən yerlərə atmaqla bizi çaş-baş qoyur", - Zaman və Məkanın Təbiəti kitabı, 1996-cı il.

2.Kainatın varlığının səbəblərinə dair

"Əgər bu sualın cavabı tapılarsa, bu insan məntiqinin misilsiz zəfəri olar və bununla da biz Tanrının idrakını dərk etmiş olarıq", - "Zamanın Qısa Tarixi" kitabı, 1988-ci il.

3.Kommersiya uğuru haqqında

"Kitablarımın, hava limanlarındakı kitab köşklərində satılmasını istəyirəm", - New York Times qəzetinə müsahibəsində, 2004-cü il.

4.Məşhur olmaq haqqında

"Məşhurluğun çatışmazlığı odur ki, tanınmadan dünyanın istənilən yerinə gedə bilmirəm. Qara Günəş eynəklərlə parik taxmağım kifayət etmir. Təkərli kürsü məni aşkara çıxarır", - İsrail televiziya kanalına müsahibəsində, 2006-cı il.

5.Dünyadaqüsurlarınolması ilə bağlı

"Qüsurlar olmasaydı, mən də, siz də mövcud olmazdıq", - Discovery Channel-də yayımlayan televiziya verilişində, 2010-ci il.

6.Evtanaziya haqqında

"Əgər istəyirsə, qurban öz həyatına son qoymaq haqqına malik olmalıdır. Amma mən bunun ciddi səhv olacağı qənaətindəyəm. Həyat nə qədər çətin görünsə də, daima elə bir sahə var ki, onunla məşğul olub uğur qazana bilərsən. Həyat varsa, ümid də vardır", - Çin qəzetinə verdiyi müsahibədə, 2006-cı il.

7.İnsanlarla yadplanetlilərin təması haqqında

"Bunun bir fəlakət olacağını düşünürəm. Ehtimalən yadplanetlilər bizdən xeyli inkişaf etmiş olacaqlar. Planetimizdə inkişaf etmiş irqlərin nisbətən az inkişaf etmişlərlə qarşı-qarşıya gəlməsinin tarixi ürəkaçıcı deyil. Həm də ki, onlar eyni növə mənsub olub. Zənnimcə biz gözə dəyməməyə çalışmalıyıq", - The National Geographic Channel-də yayımlanan proqramda, 2004-cü il.

8.Süni zəka haqqında

"Süni zəkanın inkişafı insan nəslinin axırına çıxa bilər. Süni zəka müstəqil olacaq və özünə getdikcə artan sürətlə təkrar yaradacaq. Bioloji təkamülün aşağı sürəti ilə buxovlanan insan isə rəqabət apara bilməyəcək və ram olacaq", - BBC-ə müsahibədə , 2014-cü il.

9.Nüvə müharibəsihaqqında

"İnsanın ən böyük uğursuzluğu aqressiyadır. Aqressiya, mağara zəmanəsində insanın sağ qalmaq üçün daha çox ərzaq əldə etməsinə, ərazi və ya partnyor ələ keçirməsinə imkan yaradırdısa, bu gün aqressiya bizim hamımızı məhv edə bilər... Böyük nüvə müharibəsi bəşəriyyətin və bəlkə də insan nəslinin axırına çıxa bilər"", - London Elm Muzeyindəki nitqində, 2015-ci il.

10.Ölüm haqqında

"Son 49 ili, erkən ölüm ehtimalı ilə yaşamışam. Ölümdən qorxmasam da, onu ertələməyə də tələsmirəm. Ondan qabaq etmək istədiyim çox şey var", - Guardian qəzetindəki müsahibədən, 2011-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256