TƏHSİL

Azərbaycanda təhsil üçün ən çox bu ölkələrə müraciət olunub – Son iki ayda
10 OKTYABR
309

Azərbaycanda təhsil üçün ən çox bu ölkələrə müraciət olunub – Son iki ayda

2018-10-10 14:47:00

Yeni tədris ili başlasa da, bəzi ölkələrdə qış smestrı üçün universitetlərə qəbul davam edir.

Bu, daha çox magistratura pilləsi üçün keçərlidir. Xarici ölkələrə müraciət edən tələbələr daha çox xaricdə təhsil şirkətlərinə üz tuturlar.

Bəs sentyabr və oktyabr üçün ən çox müraciət olunan ölkələr hansılardır?

Fins.az xəbər verir ki, AzEdu.az bununla bağlı xaricdə təhsil şirkətləri ilə danışıb:

Məlumatlara əsasən, iki ay üçün müraciət edənlər əsasən, sonuncu sinif şagirdləridir. Onlar bakalavr təhsili üçün artıq müraciət edirlər.

Avropada təhsil üçün qeydiyyat tarixləri avqustda bitsə də, Ukraynanın bəzi universitetlərinə hələ də davam edir. Bundan əlavə digər aylarda olduğu kimi Türkiyədə təhsil də yenə ön sıradadır. Bundan başqa Polşada təhsil də bir çoxlarının diqqət mərkəzindədir.

Qeyd edək ki, Avropada magistratura pilləsinin qış smestrı üçün bir çox universitetlərə qeydiyyat noyabr ayından başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256