TƏHSİL

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
04 OKTYABR
95

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

2018-10-04 15:27:00

Azərbaycan bu ilin 10-14 oktyabr tarixlərində keçiriləcək Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq.

Mədəniyyət Nazirliyindən Fins.az-a verilən məlumata görə, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərinə səfər edəcəklər.

Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt Kitab Sərgisi nüfuzu, iştirakçı və ziyarətçi sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar gəlir. Nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.

Cari ildə 56 kv.m. sahədə, Qız Qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək.

Həmçinin Mədəniyyət Nazirliyi, Azərbaycanın Almaniyadakı Səfirliyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun birgə təşkilatçılığı ilə sərgi-yarmarka boyunca bir sıra tədbirlər keçiriləcək:

Oktyabrın 10-da milli pavilyonda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində Qara Qarayevin 100 illiyi münasibətilə Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Almaniyada alman dilində şərhlərlə çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” adlı kitabın və həmçinin Azərbaycan Milli Kitabxanasının Azərbaycan, ingilis və rus dillərində hazırladığı “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabının təqdimatı nəzərdə tutulur.

Oktyabrın 11-də milli pavilyonda alman publisist, tərcüməçi Hayke Maria Yohenninqin müəllifi olduğu “Architecture guide to Baku: a city like a carpet” (Bakının arxitektura bələdçisi: xalçaya bənzər şəhər) kitabının təqdimat mərasimi planlaşdırılır.

Oktyabrın 12-də milli pavilyonda Azərbaycanlı və alman tələbələrin iştirakı ilə “Azərbaycan mədəni irsi və onun dünyaya tanıdılması” mövzusunda müzakirə aparılaraq, tələbələrin Azərbaycanla bağlı sualları cavablandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259