TƏHSİL

Dünyanın ən qeyri-adi təhsil metodu – O bizləri necə tanıyır və sınayır?
02 OKTYABR
141

Dünyanın ən qeyri-adi təhsil metodu – O bizləri necə tanıyır və sınayır?

2018-10-02 10:10:00

“Enneaqram”, yunanca şəxsiyyət sözünün qarşılığı olan “aqram” sözü ilə “doqquz” mənası verən “enne” sözünün birləşməsindən meydana gəlib.  Enneagram "doqquz xarakter tipi” kimi başa düşülür.

Fins.az xarici mediaya istinadən, Enneaqram metodu haqqında məlumatı təqdim edir:

Enneaqram təhsil metodu şagird və tələbələrin şəxsiyyətini araşdıraraq, onun dominant keyfiyyətlərini, həyatdakı motivasiya mənbələrini, düzgün və ya yanlış münasibətlərini, yaxşı və ya pis tərəflərini öyrənir. Psixoloji təlim kimi başa düşülən bu metodla təhsil alan tələbələrin karyeralarında daha uğurlu olduqları aşkarlanıb. Proqram əvvəlcə təhsilalanı “tanıyır”, sonra onun xarakterlərinə uyğun olaraq dərs keçməyə başlayır.

Enneaqram dünyanın ən nüfuzlu universitetlərindən olan Stanford MBA-nın dərs proqramında mövcuddur. Bu üsulun effektliliyi, həmçinin, Harvard Hüquq Məktəbinin praktiki dərslərində də test edilərək yoxlanılır. Əlavə olaraq, bir sıra başqa universitetlərdə də tətbiq olunmağa başlanılıb.

Əsasən isə, ABŞ universitetlərinin psixologiya, tibb, incəsənət, biznes və təhsil istiqamətlərində enneagram təlimləri mövcuddur.

Bu metodologiya artıq Türkiyədə də tətbiq olunmağa başlayıb. Türkiyənin Beykoz Universitetində təhsil alan bir tələbə, Enneaqram metodologiyası ilə 25 dəqiqəlik sınaqdan keçirilib. 2 günlük təlimin sonunda tələbələrə sertifikat verilir.

Bu metodologiya, təhsil sahəsindən əlavə olaraq  hərbidə və bir çox başqa sahələrdə istifadə olunur.

Təhsil sahəsində  bu metodalogiyadan istifadə çox yaxşıdır. Çünki bu, şagirdlərin mövcud bacarıqlarını proqnozlaşdırmaq və onlara müvafiq təhsil imkanları təqdim etmək şansı tanıyır. Bu da istedadlı tələbələrin itkisinin qarşısını alaraq onları qazanmağımıza imkan verir. Mütəxəxssislər qeyd edirlər ki, insanlar yalnız maraq göstərdikləri və bacardıqları işlə məşğul olarkən xoşbəxt ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260