TƏHSİL

Körpü altında pulsuz təhsil verən məktəb - FOTOLAR
14 SENTYABR
150

Körpü altında pulsuz təhsil verən məktəb - FOTOLAR

2018-09-14 15:23:00

46 yaşlı Rajeş Qumar Şarma hər səhər baqqal dükanını açmazdan əvvəl Hindistanın paytaxtı Yeni Dehlidəki bir metro körpüsünə doğru yola çıxır.

Ora getmə səbəbi isə çox maraqlıdır.

Fins.az AzEdu.az-a istinadən maraqlı məktəb haqqında məlumatları sizə təqdim edir:

Bu körpünün altında Şarmanın yaratdığı pulsuz və hər kəsə açıq məktəbi yerləşir. Çəpərsiz məktəbin hüdudlarını körpünün ayaqları müəyyənləşdirir. Burda  miqrant işçilərin, gündəlik muzdla çalışan və mövsümi işçilərin uşaqlarının oxuduğu təxminən 300 şagirdə təhsil imkanı verən bir məktəbdir.

 Şarma bildirib ki, məktəbi 2016-ci ildə açıb və kasıb olduqları üçün bir nəslin yox olmasını istəməyib:

"İqtisadi çətinliklərə görə, mən mühəndis olmadım. Məktəbdən çıxmaq məcburiyyətində qaldım. Bu uşaqlar sayəsində mən də öz xəyalımı həyata keçirirəm”.

Məktəb hər gün səhər oğlanlara iki saat təhsil verir. Günortadan sonra isə 120 qız şagird iki saatlığa təhsil almağa gəlir. Tələbələrin çoxu yaxınlıqdakı dövlət məktəbində qeydiyyatda olsa da, pulsuz məktəb onlara riyaziyyat, ingilis, hind dili, tarix və coğrafiya mövzusunda ehtiyac duyduqları əlavə dərsləri tədris edir.

 "Tələbələrin dövlət məktəbinə getməyini dəstəkləyirik, çünki oradan çox fayda görürlər. Məsələn, pulsuz səhər yeməyi yeyirlər”, deyə müəllim bildirib.

Şagirdlər körpünün üzərini parlaq rəngli rəsmlərlə dolduraraq məktəbə damğalarını vurublar. Hər səhər dərs başlamazdan əvvəl onlar yerlərini silirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256