TƏHSİL

Şagirdlərə qəribə ev tapşırığı - “100 milyon dənə düyü sayın”
12 SENTYABR
392

Şagirdlərə qəribə ev tapşırığı - “100 milyon dənə düyü sayın”

2018-09-12 16:24:00

Çinin Foşan şəhərindəki məktəblərdən birində riyaziyyat müəllimi şagirdlərə qəribə ev tapşırığı verib.

Fins.az AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə “Deyli Şanxay” qəzeti məlumat yayıb.

O, şagirdlərə evdə 100 milyon dənə düyü saymağı və növbəti gün həmin düyüləri özləri ilə dərsə gətirməyi istəyib. 

Bu qəribə tapşırıq qısa zamanda sosial mediada əsas gündəmlərdən birinə çevrilib.

İstifadəçilərdən bəziləri maraqlı təkliflər və həll yolları təklif ediblər:

“Öncə bir düyünün çəkisini ölçün. Sonra 100 milyon ədədi ona uyğun hesablayın. Təxminən 2 tona yaxın çəkisi olacaq”.

“Bir il 365 gün, bir gün 24 saat, bir saat 3600 saniyə edir. Onları bir-birinə vuranda 31 milyon 536 min saniyə edir. Bu o deməkdir ki, yemədən, içmədən, yatmadan bir saniyədə maksimum 3 dədnə düyü saysaq, 1 milyon dənəni saymaq üçün 1 il lazımdır”.

Qeyd edək ki, müəllimin bu tapşırığı verməkdə məqsədinin şagirdləri fərqli həll yolları tapmağa təşviq etmək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256