TƏHSİL

Satış taktikaları
02 FEVRAL
568

Satış taktikaları

2018-02-02 16:18:00

Əminlik
Potensial müştərilər satıcının səsindəki əminliyə xüsusi diqqət yetirirlər və təbii ki, bu satış prosesinin uğurla nəticələnməsinə böyük təsir edir. Xüsusilə də, bu amil müştəri ilə telefon danışığı zaman çox mühümdür. Belə ki, bu zaman müştəri sizi canlı olaraq görmədiyindən onda etibar hissi səsinizdəki əminliyə uyğun olaraq formalaşır. Əgər özünüzə əminsinizsə, müştərilər də sözsüz sizə etibar edəcəklər.
Səhvlərdən dərs çıxarmaq
Bütün sualların cavabını bilməlisiniz deyə bir qanun mövcud deyil və təbii ki, səhvlərə də yol verəcəksiniz. Müştəri ilə telefon danışıqlarınızdan öz təcrübənizi yaxşılaşdırmaq üçün bir vasitə olaraq istifadə edin. 
Nə zaman geri çəkilməli olduğunuzu bilin
Təyin edin: bu və ya digər məhsulunuz hazırki müştəri üçün ən uyğun məhsuldurmu? Satdığınız məhsul potensial müştəriyə qəti olaraq gərək deyilsə “geri çəkilin” və ona təzyiq göstərməyin. Nə zaman geri addım atmalı olduğunuzu bilmək karyeranıza müsbət təsir edir.
Satıcı olmayın
Üzərinizə satıcı deyil, konsultant rolunu götürsəniz potensial müştərinin konkret tələbatlarını təhlil edə və bu əsasla məsləhətlər verməyi bacararsınız. Faydalı və dostcanlı olun. Rədd cavabı aldıqda təslim olmayın+ Potensial müştərilər bəzən nəyə görə məhsulunuzu almaq istəmədiklərini izah edən səbəblər səsləndirəcəklər. Bu səbəblərdən onların əsl ehtiyac və tələbatlarını öyrənmək və bu istiqamətdə yardım etmək üçün istifadə edin.
Sosial şbəkələrdən öz xeyrinizə istifadə edin
Öz müştəriniz etmək istədiyiniz şəxsin sosial şəbəkə hesabını təhlil edə bilərsiniz. Bununla nəinki onun və şirkətinin maraqları haqqında təsəvvür əldə edəcək, həmçinin online ünsiyyət etmək şansı qazanacaqsınız.
Şəxsi araşdırmanızı aparın
Müştərinizin biznesi haqqında ilkin məlumatlar əldə etmək üçün onun web saytını nəzərdən keçirin. Bu zaman topladığınız məlumatlar potensial müştərinin tələbatlarına məhz hansı məhsulun uyğun gəldiyini təyin etməyə kömək edəcək.
Təşkilatçılıq bacarığınızı qoruyun
Potensial müştəri ilə görüş təyin etmisinizsə bu görüşün baş tutacağından əmin olun. Görüşün baş tutacağı zaman və məkanı qeyd olaraq bir kənarda saxlayın. Bununla unutqanlıq kimi bir riskdən qurtulmuş olacaqsınız.
Öz məhsulunuzu tanıyın
Məhsul və yaxud xidmətinizin bütün üstün cəhətlərini dəqiqliklə və detallı şəkildə izah etməyi bacarmaq üçün onu daha yaxından tanıyın. Lakin bununla belə, potensial müştərini məhsul haqqında məlumat ilə yükləmək də yolverilməzdir. Müştərinin əsas tələbatını öyrənin və məhsul və yaxud xidmətinizin bu tələbatı hansı şəkildə ödəyə biləcəyini aydınlaşdırın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267