STATİSTİKA

Azərbaycan içki ixracını 2 dəfə artırıb
18 İYUN
124

Azərbaycan içki ixracını 2 dəfə artırıb

2019-06-18 09:51:00

Bu ilin yanvar-may aylarında Azərbaycandan 11 803,89 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 724,49 min dollar və yaxud 94,16% (2 dəfə) çoxdur.

Bu ilin iki ayında içki ixracı ümumi ixracın 0,14%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, sirkənin dəyəri isə 26 055,67 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 1 260,49 min dollar və yaxud 4,61% azdır. İçki idxalı ümumi idxalın 0,71%-ni təşkil edir.

Qeyd edək ki, Azərbaycanın 5 aylıq ticarət dövriyyəsinin 8,615 mlrd dolları ixracın, 5,834 mlrd dolları isə idxalın payına düşüb.

© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır