STATİSTİKA

Son on ildə Naxçıvanda 37283 yeni iş yeri yaradılıb
12 APREL
131

Son on ildə Naxçıvanda 37283 yeni iş yeri yaradılıb

2019-04-12 09:16:00

2019-cu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun 51,8 faizi və ya 182 milyon 610 min manatı məhsul istehsalından, 45,4 faizi və ya 160 milyon 237 min 900 manatı göstərilən xidmətlərin dəyərindən, 2,8 faizi və ya 9 milyon 712 min 700 manatı isə məhsula və idxala xalis vergilərdən yaranıb. 2009-cu ilin müvafiq dövründə ümumi daxili məhsulun 42,9 faizi məhsul istehsalından, 52,1 faizi göstərilən xidmətlərin dəyərindən, 5 faizi isə məhsula və idxala xalis vergilərdən yaranıb.

Fins.az Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının artımı sənaye, kənd təsərrüfatı və tikinti sahələrində həyata keçirilən effektiv tədbirlər nəticəsində əldə edilib.

Muxtar respublikada iqtisadiyyatın hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı məqsədilə təkcə 2019-cu ilin yanvar-fevral aylarında təsərrüfat subyektlərinə 2 milyon 483 min 600 manat dəyərində kreditlər verilib. 2019-cu ilin fevral ayının sonuna muxtar respublikada 383 növdə məhsul istehsal olunub ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.

Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilib.

2009-cu ildən 1 yanvar 2019-cu il tarixədək muxtar respublikada 37 min 283 yeni iş yeri yaradılıb ki, bunun da 33 min 866-sı və ya 90,8 faizi daimi iş yerləridir. Açılmış daimi iş yerlərinin 1488-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 10 min 549-u mövcud müəssisə və təşkilatlarda, 46-sı fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 21 min 783-ü isə fiziki şəxslərdə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264