STATİSTİKA

Bu il paytaxtda sənaye istehsalı cüzi artıb
26 DEKABR 2018
145

Bu il paytaxtda sənaye istehsalı cüzi artıb

2018-12-26 17:33:00

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2% artaraq 38,5 mlrd. manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən fins.az-a verilən məlumata görə, sənaye məhsulunun 82,9%-i mədənçıxarma, 15,2%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,6% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2%, xidmətlərin göstərilməsi isə 9,8% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2018-ci il vəziyyətinə 218,0 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 28,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256