STATİSTİKA

On bir ayda rabitə xidmətlərinin dəyəri 9,2 faiz artıb
21 DEKABR 2018
226

On bir ayda rabitə xidmətlərinin dəyəri 9,2 faiz artıb

2018-12-21 13:04:00

2018-ci ilin yanvar-noyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1694,4 milyon manatlıq xidmət göstərib ki, onun da 72,7 faizi əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,2 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 46,9 faizi və ya 794,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264