STATİSTİKA

Azərbaycanda yük daşınması 1,5% artıb
18 DEKABR 2018
142

Azərbaycanda yük daşınması 1,5% artıb

2018-12-18 11:58:00

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 209,5 mln. ton yük daşıyıb. 

Fins.az Report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,5% çoxdur. 

Yüklərin 3,6%-i dəniz, 6%-i dəmir yolu, 0,1%-i hava, 65%-i avtomobil nəqliyyatı, 25,3%-i isə boru kəməri ilə daşınıb. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,7%artaraq daşınmış yüklərin ümumi həcmində 82,4% xüsusi çəkiyə malik olub. 

Bundan başqa, 11 ay ərzində nəqliyyatçılar 1 811,6 mln. nəfərə və yaxud 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,4% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2%-i avtomobil nəqliyyatı, 11,6%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256