STATİSTİKA

Bu il Azərbaycanda 228 mln. manatlıq kompüter və elektrik avadanlıqları istehsalı edilib
19 NOYABR
104

Bu il Azərbaycanda 228 mln. manatlıq kompüter və elektrik avadanlıqları istehsalı edilib

2018-11-19 12:00:00

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 228 mln. manatlıq məhsul istehsal olunub.

Fins.az  Dövlət Statistika Komitəsinin məlumatına görə xəbər verir ki,, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 4,7% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 2,4 dəfə artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə güc transformatorlarının istehsalı 2,1 dəfə artaraq 538 ədəd olub. 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 94,2% artıb və 895,8 ton təşkil edib. Bu müddət ərzində ölkədə məişət soyuducularının istehsalı 35% azalaraq 1 152 ədəd olub.

Qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə yanvar-oktyabr aylarında 7,2% artaraq 8 900 ədəd təşkil edib.

Eləcə  də bax:Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256