STATİSTİKA

On ayda Azərbaycanın ümumi daxili məhsulu 0,8 faiz artıb
16 NOYABR
111

On ayda Azərbaycanın ümumi daxili məhsulu 0,8 faiz artıb

2018-11-16 14:40:00

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 0,8 faiz artaraq 65 milyard 233 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1 faiz, neft sektorunda isə 0,3 faiz artıb.

ÜDM-in 45,7 faizi sənayedə, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 14,7 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 8,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6 faiz, sənayedə 1,4 faiz, digər xidmət sahələrində 0,3 faiz artıb, tikintidə isə 15,8 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 min 648,1 manata bərabər olub.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256