STATİSTİKA

“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
12 NOYABR
127

“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb

2018-11-12 15:22:00

Fins.az -ın "report"a istinadən verdiyi məlumata bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 70 468 yeni abunəçi qeydiyyata alınıb. Bunun da 41 400-ü Bakı, Abşeron və Sumqayıt, 29 068-i isə regionlar üzrədir. Yeni abunəçilərin sayının artmasında abunəçi bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması rol oynayıb. Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abunəçilərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abunəçilərin sayı 2 164 319-a çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255