STATİSTİKA

Barama istehsalında son 20 ilin ən yüksək göstəricisi qeydə alınıb
20 AVQUST
267

Barama istehsalında son 20 ilin ən yüksək göstəricisi qeydə alınıb

2018-08-20 13:46:00

Azərbaycanda cari ilin ilk yeddi ayında 514 ton barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3 faiz artaraq 280,8 min ton olub. Həmçinin süd istehsalı 1,2 faiz artaraq 1 milyon 199,4 min ton, yumurta istehsalı 0,7 faiz artaraq 1 milyard 22,4 milyon ədəd, yun istehsalı isə 1,4 faiz azalaraq 14,7 min ton təşkil edib.

Hesabat dövründə ötən ilin yeddi ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 6,5 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,5 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254