STATİSTİKA

Sitrus meyvələrinin idxal çəkisi artıb
03 APREL
287

Sitrus meyvələrinin idxal çəkisi artıb

2018-04-03 11:51:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 30.589,43 ton  Sitrus meyvələri ( təzə və ya qurudulmuş) idxal olunub. 2016-cı ildə bu məhsulun idxal çəkisi 27.259,95 ton idi.

2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 459,41 ton ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 598,94 ton ixrac edilib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 18.927,64 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 17.017,84 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 299,92 min ABŞ dolları, 2016-cı ildə isə 423,14 min ABŞ dolları olmuşdur.

Eləcə də bax: Kartof idxalı azalıb – 41%

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017(4 rüb)

ton

30.589,43

18.927,64

459,41

299,92

2016(4 rüb)

ton

27.259,95

17.017,84

598,94

423,14

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal 12% -dən çox, dəyəri 11%-dən çox artmış, ixrac  çəkisi 23% -dən çox, dəyəri isə 29%-dən çox azalmışdır .

Eləcə də bax: Ötən il quş yumurtası ixracına başlanılıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256