STATİSTİKA

Şokolad idxalının artım faizi...
05 FEVRAL
333

Şokolad idxalının artım faizi...

2018-02-05 17:15:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - sentyabr ayları üzrə ölkəyə 8,250.86 ton  Şokolad və ondan hazırlanan digər məmulatlar idxal olunub. 2016-cı ildə idxal çəkisi 6,347.32 ton idi.

2017-ci ilin üç rübü üzrə həmin məhsul Azərbaycandan 1,866.2 ton ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 1,037.89 ton ixrac edilib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 3 rübü ərzində adıçəkilən məhsul üçün 19,606.34 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 16,073.2 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 3 rübü üzrə 3,860.6 min ABŞ dolları olmuşdur, 2016-cı ildə isə 2.552.85 min ABŞ dolları təşkil edirdi.

Eləcə də bax: Duz idxalı azalsa da ixracı artıb

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017 (3 rüb)

ton

8,250.86

19,606.34

1,866.2

3,860.6

2016 (3 rüb)

ton

6,347.32

16,073.2

1,037.89

2,552.85

Beləliklə, 2017-ci ilin yanvar-sentyabr ayları üzrə idxal 29.9% (1.2 dəfə) -dən çox, dəyəri 21.9% ( 1.2 dəfə) -dən çox artmışdır, ixrac isə 2017-ci ildə 79.8% ( 1. dəfə) –dən çox, uyğun olaraq dəyəri də 51.2% ( 1.5 dəfə) artmışdır.

Eləcə də bax: ​İncəsənət əsərlərinin idxal dəyəri 13 dəfədən çox artıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267