STATİSTİKA

Meyvə və tərəvəzlər ucuzlaşdı, göyərti bahalaşdı
13 İYUL
516

Meyvə və tərəvəzlər ucuzlaşdı, göyərti bahalaşdı

2017-07-13 12:03:00

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4%  bahalaşıb. Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən dövrdə bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6%, heyvandarlıq məhsullarının isə 12,5% qalxıb. 

2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1%, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5% ucuzlaşıb. Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3% bahalaşıb. 

Ay ərzində bu məhsulların qiyməti ucuzlaşıb: 

Lobya,

bibər,

tərxun,

xiyar,

pomidor,

qarğıdalı,

baş soğan,

kartof,

albalı,

alça,

gilas. 

Bu tərəvəzlər isə bahalaşıb: 

Baş kələm,

şüyüd,

süfrə çuğunduru,

baş sarımsaq,

yonca,

fındıq.

Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti bahalaşıb, südün və quş ətinin istehsalçı qiymətləri isə ucuzlaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294