STATİSTİKA

Bu sahələrdə sanaye istehsalı azalıb-STATİSTİKA
16 NOYABR
272

Bu sahələrdə sanaye istehsalı azalıb-STATİSTİKA

2016-11-16 17:13:00

Azərbaycanda sənaye məhsullarını istehsalı azalıb. Dövlət Statistika Komitəsindən fins.a-a verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri 26 milyard manatlıq məhsul istehsal edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azdır.

Sənaye məhsulunun 65,8 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,8 faiz, əmtəəlik qaz hasilatı isə 5 faiz azalıb.

Emal sektorunda bu sahələrdə istehsal artıb:

qida məhsullarının istehsalı 3,6 faiz,

toxuculuq sənayesi məhsullarının istehsalı 2,4 dəfə,

geyim istehsalı 35,3 faiz,

ağacın emalı və ağacdan məmulatların istehsalı 26,6 faiz,

kağız və karton istehsalı 8,8 faiz,

poliqrafiya məhsullarının istehsalı 4,2 faiz,

hazır metal məmulatlarının istehsalı 18,8 faiz,

kompüter və elektron məhsulların istehsalı 14,5 faiz,

elektrik avadanlıqlarının istehsalı 2,7 dəfə,

avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17,1 faiz,

mebel istehsalı 17,3 faiz,

maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,9 faiz.

2016-cı ilin yanvar-oktyabr aylarında bu məhsulların istehsalında isə azalma müşahidə edilib. 

içkilərin istehsalı 13,6 faiz,

tütün məmulatlarının istehsalı 16,4 faiz,

dəri və dəri məmul atlarının, ayaqqabıların istehsalı 63,9 faiz,

kimya sənayesi məhsullarının istehsalı 14,5 faiz,

rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 faiz,

tikinti materiallarının istehsalı 14,5 faiz,

metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 faiz, 

maşın və avadanlıqların istehsalı isə 11,1 faiz, 

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalı 1,9 faiz,

su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz.

 

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272