STATİSTİKA

İyulda da Azərbaycanın ixracı idxalını üstələyib
16 AVQUST
360

İyulda da Azərbaycanın ixracı idxalını üstələyib

2016-08-16 18:09:00

2016-cı ilin Yanvar-İyul ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 9  milyard 347  milyon 50.84 min ABŞ dolları olmuşdur. Ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 26.89 % azalıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verirki, idxal əməliyyatları üzrə 4 milyard 757 milyon 258.78 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 10.46 % azalmışdır), ixrac əməliyyatları üzrə  4 milyard 589 milyon 792.06 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 38.57 % azalmışdır) həcmində dövriyyə qeydə alınıb.

Yanvar-İyul ayları üzrə saldo mənfi 167 milyon 466.71 min dollar təşkil edib.

İyulda ixrac 768 milyon 337.27 min dollar, idxal isə 709 milyon 946.56 min dollar təşkil edib və saldo müsbət 58 milyon 390.71 min dollar olub.

İyunda idxal 772 milyon 520.91 min dollar, ixrac isə 715 milyon 993.97 min dollar təşkil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271