SOSİUM

Övladlığa götürülmüş uşaqların sağlamlıq vəziyyəti ilə bağlı monitorinq aparılacaq
11 OKTYABR
75

Övladlığa götürülmüş uşaqların sağlamlıq vəziyyəti ilə bağlı monitorinq aparılacaq

2019-10-11 10:57:00

Azərbaycanda övladlığa götürülən uşaqların əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyəti ilə bağlı monitorinq aparılacaq. 

Fins.az məlumatına görə, bununla bağlı Ailə Məcəlləsinə “Övladlığa götürmədən sonra monitorinq” adlı yeni 119-1-ci maddə əlavə edilməsi təklif olunur. 

Təklif edilən yeni maddənin 119-1.1-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparacaq. 

Məcəlləyə dəyişiklik yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır