SOSİUM

Dövlət Əmək Müfəttişliyi Xidməti mühafizə şirkətini cərimələyib
10 OKTYABR
64

Dövlət Əmək Müfəttişliyi Xidməti mühafizə şirkətini cərimələyib

2019-10-10 11:11:00

Dövlət Əmək Müfəttişliyi Xidməti "Güvən SS” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə inzibati protokol tərtib edib.

Fins.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək, cərimə edilməsi barədə qərar çıxarıb.

Bu inzibati xətaya görə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarından “Güvən SS” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmmədov Paşa Etibar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Hakim Habil Məmmədovun sədrlik etdiyi prosesdə şikayətin təmin edilməməsi barədə qərar çıxarılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır