SOSİUM

Körpələrə Yaxşıtəhər, Kapitalina, Füruri, Ülya, Əliaçıq, Nağdı, Sada adlarının qoyulmasının qarşısı alınıb - TAM SİYAHI
04 OKTYABR
261

Körpələrə Yaxşıtəhər, Kapitalina, Füruri, Ülya, Əliaçıq, Nağdı, Sada adlarının qoyulmasının qarşısı alınıb - TAM SİYAHI

2019-10-04 18:11:00

“Sentyabr ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 68 müraciətə baxılıb”.

Bunu  açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb: “Küheyl, Sofu, Saida, Əliyənaqi, Əliyənvəliyullah, Kapitalina, Həzrətəli, Meysəm, Ezel, Sada, Rina, Füruri, Sülhe, Nəroğlan, Ülya, Əliaçıq, Nağdı, Çiçəklən, Yaxşıtəhər, Qulfallah, Fatehsultan adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib”.

S.Sadıqova əlavə edib ki, ötən ay bir neçə yeni adların (Şahəddin, Nəyyur, Uyqunə, Nurruh, Tamər, Aiza və s.) qoyulmasına isə icazə verilib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır