SOSİUM

Burada qaz olmayacaq – ƏHALİNİN NƏZƏRİNƏ
03 OKTYABR
97

Burada qaz olmayacaq – ƏHALİNİN NƏZƏRİNƏ

2019-10-03 09:55:00

Oktyabrın 3-də ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq. Belə ki, saat 14:00-dan 16:00-dək 2 saat müddətinə Qaz İxrac İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq. Saat 14:00-dan 18:00-dək isə “Qazax” ölçü qovşağından qidalanan qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi, cari təmir-bərpa işlərinin yerinə yetirilməsi məqsədilə Qazax şəhərinin bir hissəsi və digər 4 yaşayış məntəqəsində də qazın verilişində fasilələr yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır