SOSİUM

Bu bölgəmizdə meşə-kolluq sahəsi yanır
19 AVQUST
93

Bu bölgəmizdə meşə-kolluq sahəsi yanır

2019-08-19 12:41:00

Quba və Şabran rayonlarının sərhədində yerləşən meşə massivində güclü yanğın başlayıb.

Fins.az xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, bu gün səhər saatlarından müşahidə edilən yanğın hazırda Şabranın Gədik kəndinin arxa hissəsini, Gönçü dərəsi deyilən ərazini əhatə edir.

Yanğın böyük əraziyə yayıldığından ətraf kəndlər də qara tüstüyə bürünüb.Hazırda Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ictimaiyyət nümayəndələri yanğının söndürülməsi istiqamətində çalışırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova  bildirib ki, yanğın meşə fondu ərazisində deyil, Quba və Şabran rayonları arasında bələdiyyə fonduna aid torpaqlarda müşahidə olunur. Lakin buna baxmayaraq, ETSN-in yerli qurumlarının bütün əməkdaşları yanğının söndürülməsi üçün səfərbər olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır