SOSİUM

Azərbaycanda pensiya kapitalı Prezidentin qərarı ilə ildə bir dəfə indeksləşdiriləcək
14 AVQUST
273

Azərbaycanda pensiya kapitalı Prezidentin qərarı ilə ildə bir dəfə indeksləşdiriləcək

2019-08-14 20:28:00

Azərbaycanda pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək.

Fins.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərman imzalayıb.

Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən indeksləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır