SOSİUM

Bu gün harada qaz təhcizatı dayandırılıb?
09 AVQUST
115

Bu gün harada qaz təhcizatı dayandırılıb?

2019-08-09 10:26:00

Bu gün “Qaz İxrac” İdarəsinin balansında olan “Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işlərinin icrasına başlanılıb. Bu məqsədlə saat 10:00-dan işlər başa çatanadək Beyləqan rayonunun mərkəzində, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılır. Saat 14:00-dan etibarən işlər başa çatanadək Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır